Bank və Bank fəaliyyəti sığortası

Azərbaycanın bank sektoru inkişaf etdikcə o həm sektordaxili, həm də sektorxarici düşünülmüş cinayətlərin səviyyəsinin artmasına da səbəb olur. Hal hazırda banklar özlərini yalnız pul və ya əmlak oğurlanması kimi fiziki xarakterli və aşkar pozuntulardan deyil, həm də müasir kompüter texnologiyası vasitəsilə törədilə bilən cinayətlərdən də qorumaq məcburiyyətindədir.
Belə cinayətlərə öz əmək funksiyalarını yerinə yetirən işçinin sədaqətsizliyindən tutmuş, mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilən geniş miqyaslı kredit kart dələduzluqları və hətta bankların kompüter sistemlərinə daxil olan hakerlərin əməlləri də daxil edilə bilər.
Belə cinayətlərin artma risklərinə cavab olaraq sığorta bazarı banklara və digər maliyyə qurumlarına, xüsusilə, bu cür təhlükəli risklərə təminat verə bilən sığorta növləri təklif edir.
Sığortanın məqsədi
Sığorta müqaviləsi bankın öz aktivlərinə və ya cavabdeh olduğu aktivlərə dəyən zərərlə bağlı məruz qaldığı maddi ziyana qarşı sığorta müdafiəsi təklif etmək üçün verilir.
Sığorta təminatı
Aşağıdakılar nəticəsində dəyən birbaşa maddi ziyan:
-         Fiziki xarakterli - əmlakın (qiymətli əşyalar, kağızlar, müqavilələr və s.) faktiki olaraq qanunsuz aparılması
-         Maliyyə xarakterli - bankdan müəyyən fondların (pul məbləğinin) qərəzli şəkildə digər quruma və ya hesaba köçürülməsi ilə əlaqədar olan işçinin fırıldaqçılığı və sədaqətsizliyi;
-         Əmlakın saxtalaşdırılması və deformasiyası - saxta və ya qəlp qiymətli kağızlar, çeklər və saxta valyuta. Sığorta müqaviləsinin bu bölməsi saxta və oğurluq bank təminatlarını istifadə etməklə kredit müddətinin uzadılması nəticəsində ortaya çıxan zərərləri əhatə edir;
-         Oğurluq və ya quldurluq nəticəsində ofis və onun içindəki əmlaka dəyən ziyan;
-         Müştərilərin depozit seyflərindəki əmlaka dəyən ziyan;
-         Sığorta tələblərinin hazırlanması xərcləri – ziyanın məbləğini müəyyən etmək üçün ortaya çıxan mütəxəssis xərcləri.
Sığorta təminatı ortaya çıxan zərərin ödənilməsini illik məsuliyyət həddində həyata keçirilir.
Sığorta təminatına daxil olan əmlak
Yuxarıda göstərilən əmlaka kağız pullar, metal sikkələr, külçələr, hər növdə və formada olan qiymətli daş-qaş və onlardan hazırlanan əşyalar, qiymətli (işlənməmiş daşlar daxil olmaqla) və yarımqiymətli daşlar, poçt markaları, sığorta müqavilələri, yol çekləri, çeklər, səhmlər, istiqraz vərəqələri, kuponlar və başqa qiymətli kağız növləri, fakturalar, mühafizə üçün qəbul edilmiş mallara hesablar, etibarnamələr, veksellər, bank akseptləri, bank ödəniş tapşırıqları, depozit sertifikatları, akkreditivlər, sadə veksellər, poçt üsulu ilə pul köçürmələri, xəzinə orderləri, əmlak hüququnu təsdiq edən sənədlər, mülkiyyət sertifikatları, həmçinin Sığortalının öz işlərində istifadə etdiyi və ya hər hansı bir məqsədlə pulsuz, yaxud pullu olmağından və onlara görə məsuliyyət daşıyıb daşımamağından asılı olmayaraq Sığortalının müvəqqəti sahibliyində olan, öz qiyməti ilə başqasına verilə bilən, həmçinin pul və başqa növ əmlakı əks etdirən digər sənədlər, yaxud müqavilələr və başqa qiymətli sənədlər (mühasibat kitabları və yazılışları daxil olmaqla) daxildir.
Bu əmlaka hər hansı elektron yazılar, yaxud hesabların debitləri və kreditləri daxil deyil.
Sığortaya olan ehtiyacın səbəbləri
Ənənəvi bank fəaliyyəti üçün sığorta təminatı onların məqsədəuyğun şəkildə idarə edilməsinin tələbidir. Bu müqavilənin müddəaları mövcud bank praktikası ilə yanaşı inkişaf etmişdir və biznesin mühim sahələrində mühafizəedici rol oynayır.
© 2010 Azərbaycan Sənaye Sığorta